Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ombudsman muxtar respublikada seçkilər ilə bağlı müşahidələr aparıb

Ombudsman muxtar respublikada seçkilər ilə bağlı müşahidələr aparıb

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Muvəkkili (Ombudsman) Günay Rzayeva və aparatın əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 6, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə isə 45 seçki dairəsi üzrə 249 seçki məntəqəsində müstəqil olaraq, özlərinin təşəbbüsləri ilə müşahidələr aparılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, muxtar respublikada seçki hüququnun təmini vəziyyətini diqqət mərkəzində saxlamaq məqsədi ilə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində və Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində təşkil olunmuş seçki məntəqələrində də müşahidələr aparılıb.

Aparılan müşahidələrə əsasən, muxtar respublikada seçkilər demokratik, azad, şəffaf, ədalətli, seçki qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş qaydada keçirilib. Həmçinin əlilliyi olan seçicilər üçün bu hüquqların həyata keçirilməsi ilə bağlı hərtərəfli șərait yaradılıb və vətəndașların seçki hüququ yüksək səviyyədə təmin olunub.

Muxtar respublikada seçki günü seçki hüquqlarının pozulması ilə bağlı Ombudsmanın ünvanına hər hansı bir şikayət və müraciət daxil olmayıb.

Editor

Related Posts