Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ermənistan delimitasiya komissiyalarının işi ilə bağlı əsasnaməyə sentyabrın 5-də baxacaq

Ermənistan delimitasiya komissiyalarının işi ilə bağlı əsasnaməyə sentyabrın 5-də baxacaq

Ermənistan hökuməti sentyabrın 5-də keçiriləcək iclasında delimitasiya komissiyalarının Azərbaycanla birgə fəaliyyəti haqqında əsasnaməyə baxacaq.

Birinci24.com xəbər verir ki, bu barədə hökumətin saytında bildirilib.

Qeyd olunub ki, avqustun 30-da İrəvan və Bakı sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə imzalayıblar.

Əsasnamə delimitasiya işinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədini təsvir edən protokolun tərtib edilməsini, müvafiq miqyasda delimitasiya xəritəsinin tərtib edilməsini, müvafiq sənədlərin hazırlanmasını, həmçinin ekspert qruplarının işini nəzərdə tutur.

Əsasnamənin və onun əsasında qəbul ediləcək sənədlərin delimitasiya işlərinin təbii irəliləyişini təmin etmək üçün hüquqi bazanı tamamlayacağı bildirilir.

Qeyd olunur ki, ötən cümə günü Ermənistan və Azərbaycan tərəfindən imzalanmış sərhəd delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə yaxın vaxtlarda ölkənin əsas qanunlarına uyğunluğunun yoxlanılması üçün Ermənistan Konstitusiya Məhkəməsinə göndəriləcək.

Editor

Related Posts