Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Yevlaxda kişi qəsdən avtomobillə adam vurub öldürdü

Yevlaxda kişi qəsdən avtomobillə adam vurub öldürdü

Yevlax sakini avtomobillə qəsdən vurularaq öldürülüb, saxlanılan var.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Belə ki, Yevlax şəhər ərazisində rayon sakini, 1985-ci il təvəllüdlü Elvin İbrahimovun avtomobillə qəsdən vurularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü, rayon sakini Zamin Cavadov saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Editor

Related Posts