Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rusiyada güclü zəlzələ baş verdi

Rusiyada güclü zəlzələ baş verdi

Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məlumat yayıb.

“Zəlzələ Olxon bölgəsində, Baykal gölünün sularında, Buquldeyka yaşayış məntəqəsindən 25 kilometr aralıda baş verib”, – məlumatda deyilir.

Zəlzələnin episentrində intensivlik 5.8 bal olub. Anqara vilayətinin İrkutsk, Olxonski, Slyudyanski, Ekirit-Bulaqatski və Bayandayevski rayonlarında yeraltı təkanların şiddəti 3-4 bal təşkil edib.

“Bütün infrastruktur obyektləri normal işləyir”, – Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Editor

Related Posts