Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Paşinyan: “Azərbaycan konstitusiyasında da Ermənistana ərazi iddiaları var”

Paşinyan: “Azərbaycan konstitusiyasında da Ermənistana ərazi iddiaları var”

Ermənistanın baş naziri Nikol Paşinyan Nyu Yorkda Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb. Azadlıq Radiosu xəbər verir ki, görüşdə Yerevan və Bakı arasında sülh danıqşıları ilə bağlı son durum müzakirə edilib.

Qeyd olunur ki, Paşinyan Ermənsitanın sülh müqaviləsinin artıq razılaşdırılmış maddələri əsasında müqavilə imzalamağa hazır olduğunu bildirib

Ermənsitan konstitusiyasında Azərbaycana ərazi iddiaları olduğuna dair Bakının tələblərindən söz açan baş nazir deyib ki, onun ölkəsinin konstitusiyasının 5-ci maddəsinin 3-cü bəndi bu mübahisəni aradan qaldıra bilər. Onun sözlərinə görə, həmin maddədə deyilir ki, Ermənsitan Respublikasının imzaladığı beynəlxalq müqavilələr onun daxili qanunvericiliyi üzərində üstünlüyə malikdir..

Azadlıq Radiosu xəbər verir ki, Paşinyan Azərbaycan konstitusiyasında da Ermənistana ərazi iddiaları olduğunu, amma Yerevanın bunu mübahisə mövzusuna çevirmədiyini bildirib. Baş nazirin sözlərinə görə, sülh müqaviləsinin artıq razılaşdırılmış mətnində deyilir ki, Ermənistan beynəlxalq razılaşmalar barəsində götürdüyü öhdəliklərdən daxili qanunvericiliyə əsaslanmaqla geri çəkilə bilməz.

Azərbaycan prezidenti dəfələrlə bildirib ki, Ermənistan öz konstitusiyasını dəyişməsə sülh müqaviləsi imzalanmayacaq.

Editor

Related Posts