Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“iPhone 16” almaq üçün İsveçrədə 4, Azərbaycanda 72 gün işləmək lazımdır – Ölkələrin siyahısı

“iPhone 16” almaq üçün İsveçrədə 4, Azərbaycanda 72 gün işləmək lazımdır – Ölkələrin siyahısı

Rəqəmsal və məişət texnikası satışı ilə məşğul olan mağazalar şəbəkələrindən biri oktyabrın 4-dən etibarən Azərbaycanda “iPhone 16” smartfonlarının satışına başlayacağını elan edib.

Birinci24.com xəbər verir ki, 128 GB yaddaşa malik “iPhone 16 Pro”nun satış qiyməti 3 000 manat (1 764 dollar) müəyyən olunub.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl məşhur “Picodi” mərkəzi ayrı-ayrı ölkələrdə insanların “iPhone 16 Pro” almaq üçün neçə gün işləməli olduğunu araşdırıb.

“iPhone indeksi” adlandırılan bu araşdırma ölkələrdəki mövcud orta aylıq əmək haqqı və həmin ölkədə 128 GB-lıq “iPhone 16 Pro”nun satış qiyməti əsasında hesablanıb.

“Picodi”nin araşdırmasına görə “iPhone 16 Pro” ala bilmək üçün ən az İsveçrə vətəndaşları, ən çox isə Türkiyə vətəndaşları işləməlidirlər. İsveçrə vətəndaşları 4 günlük əmək haqqına “iPhone 16 Pro” ala bildikləri halda, Türkiyə vətəndaşları “iPhone 16 Pro” ala bilmək üçün 72,9 gün işləməlidirlər.

Ölkəmizdə orta aylıq (24 iş günü) əmək haqqının 1 002,4 manat olduğunu nəzərə alsaq, Azərbaycan vətəndaşları 128 GB-lıq “iPhone 16 Pro” ala bilmək üçün orta hesabla 72 gün işləməlidir.


Editor

Related Posts