Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Paşinyan Bakı ilə sülh sazişini COP29-a qədər imzalamağı təklif edib

Paşinyan Bakı ilə sülh sazişini COP29-a qədər imzalamağı təklif edib

Ermənistan noyabrın 11-22-də Bakıda keçirilməsi planlaşdırılan BMT-nin iqlim konfransına qədər Azərbaycanla sülh sazişi imzalamağa hazırdır.

Birinci24.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının təşkil etdiyi “Sülh naminə liderlik” tədbiri çərçivəsində deyib.

“Mən və rəhbərlik etdiyim hökumət regionumuzda münaqişələrə son qoymaq və mövcud dinamikanı firavanlıq, sabitlik və sülh naminə əməkdaşlığa çevirmək əzmindəyik. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Biz Bakıda COP29-a qədər sülh müqaviləsinin artıq razılaşdırılmış maddələrinin imzalanmasını və bununla da sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühitin yaradılmasını təklif edirik”.

Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında 50-dən çox ölkədən dövlət və hökumət başçıları da daxil olmaqla 80 mindən çox qonağın iştirak edəcəyi gözlənilir.

Editor

Related Posts