Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İsrail şirkətləri “Azərsilah”la memorandum imzaladılar

İsrail şirkətləri “Azərsilah”la memorandum imzaladılar

İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” platformasında yazıb ki, bu gün “AS Holdings” və onun törəmə şirkəti – NATO standartlarına uyğun yüngül silahların istehsalı və inkişafı üzrə ixtisaslaşmış beynəlxalq “Ari Arms” şirkəti Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah”la Strateji Anlaşma Memorandumu imzalayıb.

İmzalama mərasimində müxtəlif nazirlik və idarələrin nümayəndələrinin, rəsmi şəxslərin iştirak etdiyini bildirən səfir İsrail və Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb:

“Bu əvəzolunmaz tərəfdaşlıq ölkələri daha da yaxınlaşdırır, müstəqilliyi və milli təhlükəsizliyi gücləndirmək üçün birgə inkişafa və birgə səylərə kömək edir”.

Editor

Related Posts