Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda Ali Məclisə sədr seçə bilmədilər

Naxçıvanda Ali Məclisə sədr seçə bilmədilər

Sentyabrın 26-da VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib. İlk iclası Ali Məclisin ən qocaman deputatı Ramiz Məmmədov aparıb.

İclasda Ali Məclis sədrinin seçilməsi məsələsinə baxılıb.

Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənmədiyi üçün sədr müavinlərinin seçilməsi məsələsinin müzakirəsinə başlanılıb.

Ali Məclisin sədri seçilmədiyindən təklif üçün söz deputatlara verilib.

Deputatlar təkliflər irəli sürüb.

Qeyd edək ki, səsvermə nəticəsində Məmmədov Bəxtiyar İbrahim oğlu Ali Məclis sədrinin I müavini, Abdullayev Arzu Kamal oğlu Ali Məclis sədrinin müavini seçilib.

Bununla da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası başa çatıb.

Editor

Related Posts