Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Türkiyədən “beyin axını” artıb – Rəsmi

Türkiyədən “beyin axını” artıb – Rəsmi

Bakalavr təhsilini Türkiyədə tamamlayan və məzun olduqdan sonra uzun müddət xaricdə yaşayan Türkiyə vətəndaşları haqqında hesabat açıqlanıb.

Birinci24.com xəbər verir ki, hesabat Türkiyə Statistika İdarəsi tərəfindən ilk dəfə açıqlanır.

“Beyin axını” olaraq adlandırılan bu hesabatda göstərilir ki, ali təhsil məzunları arasında “beyin axını” 2015-ci ildə 1,6% səviyyəsində olduğu halda, 2023-cü ildə 2% olub. 2023-cü ildə ali təhsilli qadınlar arasında “beyin axını” nisbəti 1,6%, kişilərin “beyin axın”ı nisbəti isə 2,4% təşkil edib.

Bildirilir ki, “beyin axını”nın ən yüksək olduğu sahələr informasiya və kommunikasiya texnologiyaları (6,8%), mühəndislik, istehsal və tikinti (4,4%), həmçinin təbiət elmləri, riyaziyyat və statistika (2,6%) olub.

Bakalavr proqramını başa vuranların köç etdiyi ilk beş ölkə müvafiq olaraq ABŞ (21,4%), Almaniya (17,5%), Böyük Britaniya (11,2%), Niderland (6,9%) və Kanada (4,9%) olub.

ABŞ və Kanadaya miqrasiya edən məzunların böyük bir hissəsinin bakalavr proqramı biznesin idarə edilməsi ixtisası üzrə olduğu halda, Almaniya, Böyük Britaniya və Niderlanda ən çox kompüter mühəndisliyi fakültəsindən məzun olanlar gedib.

Editor

Related Posts