Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ermənistan Konstitusiyası dəyişdirilir? – Qərar qəbul edildi

Ermənistan Konstitusiyası dəyişdirilir? – Qərar qəbul edildi

Bir neçə gün əvvəl Ermənistan Konstitusiya Məhkəməsi dövlət sərhədinin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyalarının işi haqqında Əsasnamənin ölkə Konstitusiyasına uyğun olduğunu bildirib.

Birinci24.com xəbər verir ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarının tam mətni bu gün yayımlanıb.

“Sputnik” agentliyi bildirir ki, Ermənistan Konstitusiya Məhkəməsi faktiki olaraq Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinadı etibarsız sayıb. 

Sözügedən bəyannamə Azərbaycanın narazılığına səbəb olub. Rəsmi Bakı Ermənistandan Konstitusiyanın dəyişdirilməsini tələb edir. Bəyannamədə Qarabağda özünü buraxan keçmiş separatçı qurumla Ermənistanın birləşməsinə çağırış edilir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan BMT tribunasında bildirib ki, Konstitusiya Məhkəməsi Azərbaycanla sülh müqaviləsinin Ermənistanın əsas qanununa zidd olduğu qənaətinə gələrsə, sülh naminə konstitusiya dəyişikliklərinə ehtiyac yaranacaq.

“Azərbaycanla sülh müqaviləsi imzalanarsa, onun məzmununun əsas qanuna uyğunluğunu yoxlamaq üçün ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək və əgər Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan Konstitusiyasına zidd olduğu qənaətinə gəlsə, o zaman biz elə bir vəziyyətə düşəcəyik ki, sülhə nail olmaq naminə konstitusiya dəyişiklikləri zəruri olacaq”, – deyə o bildirib.

Editor

Related Posts