Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Müəllimlər İnstitutunda 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə əvvəlcə vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İnstitutun rektoru Azad Novruzov qeyd edib ki, müstəqilliyimizin əldə olunması xalqımızı düşdüyü bəlalardan xilas etməklə yanaşı, işıqlı gələcəyimizə yol açıb. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik və siyasi təcrübəsi, qətiyyəti və böyük uzaqgörənliyi sayəsində Azərbaycanın əsl müstəqilliyi təmin edilib. Ulu öndər tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.

Bildirilib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunmaqla Azərbaycan xalqı öz liderinin ətrafında daha möhkəm birləşərək müstəqilliyimizin həmişəyaşarlığına imza atdı. Qeyd olunub ki, Azərbaycanda bu gün reallaşan region və dünya əhəmiyyətli layihələr, onun Avropada etibarlı enerji təminatçısına çevrilməsi müstəqilliyimizin bəhrəsi kimi ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da artırıb.

Tədbirdə müstəqilliyimizin bəhrəsini əks etdirən sərgi, tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya və film nümayiş etdirilib, tələbələr müstəqilliyimizi vəsf edən şeirlər bədii qiraət ediblər.

admin

Related Posts