Today Çərşənbə, 16th Oktyabr 2024
Birinci 24

Birinci 24

Əhalinin sayı 0,3 faiz artıb

Əhalinin sayı 0,3 faiz artıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 28833 nəfər və ya 0,3 faiz artıb. Beləliklə 2024-cü il sentyabrın 1-nə olan məlumata görə, ölkə əhalisinin sayı 10 209 603 nəfərə çatıb.

Birinci24.com xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Bildirilib ki, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,5 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,5 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.

Editor

Related Posts