Today Çərşənbə, 16th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bu ilin 9 ayında Rusiya Ukrayna ərazisinin dörddə birini işğal edib

Bu ilin 9 ayında Rusiya Ukrayna ərazisinin dörddə birini işğal edib

Son iki ayda Rusiya Ukraynada 2023-cü ildəkindən 5,5 dəfə çox ərazi işğal edib  – “UA War Infographics” layihəsinin açıqlamasında belə deyilir.

Bildirilir ki, Rusiya ordusu avqustda 351 kv.km, sentyabrda 468 kv.km ərazi ələ keçirib.

İlin birinci yarısında Rusiya hərbçiləri bir ayda cəmi 200 kv.km ərazi işğal edə bilmişdi. Bütün 2023-cü il boyu isə 150 kv.km-dən bir qədər az ərazi Rusiyanın nəzarətinə keçmişdi.

Layihə müəllifləri bildirirlər ki, “Əsas səbəblər silah çatışmazlığı və Rusiyanın taktikasındakı dəyişikliklərdir”.

Qərb mediasının yazdığına görə, Qərb tərəfdaşları Ukraynanın ehtiyaclarını ödəməklə bağlı vədlərinə əməl edə bilmirlər.

Beləliklə, 2024-cü ilin doqquz ayı ərzində Rusiya 1559 kv.km ərazi ələ keçirib. Bu, Ukrayna ərazisinin təxminən dörddə biri deməkdir.

Editor

Related Posts