Today Çərşənbə, 16th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri 18% artırılaraq 8,4 milyarda çatdırılacaq

Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri 18% artırılaraq 8,4 milyarda çatdırılacaq

Gələn il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 396 milyon 297 min 596 manat olacaq.

Birinci24.com xəbər verir ki, bu məlumat, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində yer alıb.

Bildirilir ki, müdafiə və milli təhlükəsizlik xərcləri aşağıdakı istiqamətləri əhatə edəcək:
– müdafiə qüvvələri – 2 milyard 665 milyon 277 min 196 manat
– milli təhlükəsizlik – 467 milyon 917 min 873 manat
– sərhəd xidməti – 540 milyon 314 min 143 manat
– müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar – 5 milyon 359 min 711 manat
– müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər – 4 milyard 717 milyon 428 min 673 manat

Qeyd edək ki, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlərə ayrılan vəsaitin 4 milyard 580 milyon manatı xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclənəcək.

Onu da bildirək ki, bu ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 7 milyard 126 milyon 347 min 420 manat olub.

Açıqlanan məlumatlardan da göründüyü kimi, müdafiə və milli təhlükəsizlik xərcləri 18,2% və ya 1 milyard 296 milyon 950 min 176 manat artırılır.

Editor

Related Posts