Today Şənbə, 19th Oktyabr 2024
Birinci 24

Birinci 24

ABŞ və Ermənistan hərbçiləri təhlükəsizlik və birgə fəaliyyət məsələlərini müzakirə ediblər

ABŞ və Ermənistan hərbçiləri təhlükəsizlik və birgə fəaliyyət məsələlərini müzakirə ediblər

ABŞ Ermənistan Silahlı Qüvvələrinin transformasiyasını və bu qurumdakı islahatları dəstəkləməyə davam edəcək – Amerika ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun Ermənistan müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi Edvadrd Asryanla görüşdə belə deyib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən oktyabrın 17-də dərc olunmuş xəbərdə bildirilir ki,  Asryanın ABŞ-a işgüzar səfəri çərçivəsində keçirilən görüşdə tərəflər müdafiə sahəsində Ermənistanla Birləşmiş Ştatların əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıblar, regional təhlükəsizlik və birgə fəaliyyət məsələlərini müzakirə ediblər.  

2022-ci ilin mayında xarici işlər naziri Ararat Mirzoyanın ABŞ dövlət katibi Antoni Blinkenlə Vaşinqtondakı  görüşündən sonra Ermənistan ABŞ-la  strateji dialoqa başlayıb. 

İyunun 11-də iki ölkə arasındakı Strateji dialoqun İrəvanda keçirilmiş toplantısından sonra ABŞ Ermənistanın müdafiə sektorunda islahatları dəstəklədiyini bəyan edib.  Görüş iştirakçıları Ermənistanın müdafiə sektorunun transformasiyasında və hüquq-mühafizə orqanlarının inkişaf etdirilməsi təşəbbüslərində ABŞ-ın yardımının mühüm rol oynadığını qeyd ediblər.

Editor

Related Posts