Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsinin rəisi vəsifəsini icra edən polkovnik-leytenant Xəyyam Babayev saxlanılıb.
Birinci24.com xəbər verir ki, polkovnik-leytenant külli miqdarda rüşvət almaqda ittiham olunur. Onun barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. X.Babayev bundan əvvəl Xidmətin Goranboy, Ağdam rayon bölməsinin rəisi olub.
Bu yaxınlarda bir neçə indiki və sabiq hərbi komissar mənimsəmə və rüşvət almaya görə həbs edilib.