Ağadadaş Ağayev və “Medera Hospital” bir-birindən yarım milyon təzminat istəyirlər 

Ağadadaş Ağayev və “Medera Hospital” bir-birindən yarım milyon təzminat istəyirlər 

Xalq artisti Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verib. Müğənni hospitalda baş verən insidentdən sonra şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna zərər dəydiyini iddia edir. 

Birinci24.com xəbər verir ki, müğənni mənəvi ziyana görə bütün məhkəmə xərcləri daxil klinikadan təxminən 450 min manat tələb edir. 

“Medera Hospital” da öz növbəsində Ağadadaş Ağayevə qarşı iddia qaldırıb. Hospital isə ondan yarım milyon manat pul tələb edir. 

İşə Binəqədi Rayon Məhkəməsində baxılır. Oktyabrın 23-nə təyin edilən proses Ağadadaş Ağayev iştirak etmədiyinə görə təxirə salınıb. 

Bu ilin iyulunda Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.

Hadisəyə görə Ağadadaş Ağayev və mühafizəçi barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. 

Editor

Related Posts