Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Araz-Naxçıvan” “Qəbələ-2” ilə heç-heçə edib

Futbol üzrə Azərbaycan I Divizionunun VIII turu çərçivəsində “Araz-Naxçıvan” “Qəbələ-2”nin qonağı olub.

Qarşılıqlı hücumlar şəraitində keçən matçın ilk hissəsində qapılar önündə təhlükəli vəziyyətlər yaransa da, qol olmayıb. 2-ci hissəyə daha istəkli başlayan “Araz-Naxçıvan” komandası matçın 69-cu dəqiqəsində penalti qazanıb. Cərimə meydançası daxilində De Saboa İv Lüsyenə qarşı qayda pozuntusu qeydə alınıb. Topa yaxınlaşan Orxan Əliyev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 1:0.

Qalan vaxtda hesabı bərabərləşdirmək üçün hücuma atılan Qəbələ təmsilçisi oyunun əsas vaxtına artırılmış 3-cü dəqiqədə tarazlığı bərpa edib. Ev sahibinin heyətində Xəyal Xudaverdiyev fərqlənib. 1:1. Oyun bu hesabla yekunlaşıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” komandası cari çempionatda ardıcıl 7 qələbədən sonra ilk dəfə xal itkisi ilə üzləşib. “Qırmızı-ağlar” bu oyundan 1 xalla ayrılaraq 22 xalla turnir cədvəlinin lideridir.

admin

Related Posts