Dünyada neft və qızılın qiymətində dəyişiklik gözlənilir – Azərbaycan bazarında vəziyyət necədir? 

Dünyada neft və qızılın qiymətində dəyişiklik gözlənilir – Azərbaycan bazarında vəziyyət necədir? 

İntensivləşən İsrail-İran münaqişəsinin dünya iqtisadiyyatına ciddi təsirləri olacağı proqnozlaşdırılır. Xüsusilə də, neft və qızılın qiymətində dəyişikliklərin olması gözləniləndir.

Bu, Azərbaycan bazarına necə təsir edəcək?

“Real” partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bu sualı cavablandırıb.

“Hazırda dünyada trendlər hələ ki, məlum deyil. Qızıl və neft bahalaşıb ucuzlaşmağa davam edir. Neftin qiyməti 70-75 dollar arasında hərəkət edir. Qızılda isə gün ərzində təxminən 5-10 faizlik artım olur. Lakin bunların Azərbaycan bazarına yalnız bir yöndə təsiri var. Neftin qiyməti düşdükdə dollar gəlirlərimiz azalır. Eyni şəkildə dünya bazarında qızılın qiyməti qalxanda Azərbaycan bazarında da qızılın qramının qiymətində artım müşahidə olunur. Riskli olan qızılın qiymətinin artmasıdır. Çünki qızılda qiymət artdıqda yenidən həmin səviyyəyə çox gec gəlir, bəzən isə ümumiyyətlə qiymət enmir”.

İqtisadçı-ekspert Xalid Kərimli isə hazırda qızılın qiymətinin rekord həddə çatdığını deyib.

“Hazırda qızılın qiymətinin rekord həddə bahalaşması müşahidə olunur. Burada ucuzlaşmadan söhbət gedə bilməz. Gələcək zamanda nələr baş verəcəyini indidən demək mümkün deyil, çünki son zamanlar qiymətlər olduqca dəyişkəndir”.

Editor

Related Posts