Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Naxçıvanda minik avtomobili yanıb

Naxçıvanda minik avtomobili yanıb

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayonu Badaşqan kəndində “Toyota” markalı minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, hadisə yerinə dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Editor

Related Posts