Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Qərb Ukraynaya yardımı azalda bilər

Qərb Ukraynaya yardımı azalda bilər

Ukrayna ordusunun Qərb texnikasından asılılığı getdikcə artır.  Amma zaman keçdikcə Qərbdən Ukraynaya  daha az texnika göndərilir.

Birinci24.com xəbər verir ki, son vaxtlarda ABŞ-ın yardım paketləri əsasən döyüş sursatından – mərmilərdən, HIMARS qurğuları üçün raketlərdən və hava hücumundan müdafiə sistemlərindən ibarət olur.  Zirehli texnikanın və xüsusi maşınların sayca az olması yaxın gələcək üçün həlledici və manevrli müharibə planının olmamasının əlaməti sayıla bilər.

Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, altı ay ərzində Ukrayna ABŞ Konqresinin təsdiqlədiyi yardım paketinin cəmi 10%-ni alıb. Amma o, gecikmələrin maliyyə çatışmazlığından deyil, bürokratik və logistik problemlərdən qaynaqlandığını bildirib.

Ukraynaya maliyyə dəstəyi də azalır.  Hələlik bu azalmanın miqyası o qədər də böyük deyil, amma araşdırmaçıların fikrincə, gələn il yarıya qədər azala bilər. İndilik bu, mümkün ssenarilərdən ən pisidir.

Hərbi yardımın azaldılması artıq Ukrayna Silahlı Qüvvələrinin vəziyyətinə təsir edib.  Ordu cəbhə xəttində mövqelərini qoruyub saxlamağa çalışsa da,  Rusiya qoşunlarının təzyiqi altında geri çəkilməyə məcbur olur.

Editor

Related Posts