Today Şənbə, 14th İyun 2025
Birinci 24

Birinci 24

Qarabağda tikinti işlərinə nə qədər pul xərclənib? – Siyahı

Qarabağda tikinti işlərinə nə qədər pul xərclənib? – Siyahı

2024-cü ilin yanvar-sentyabr ayları ərzində azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 3 milyard 604 milyon 307 min manat vəsait sərf edilib.

Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.9% və ya 266.3 milyon manat azdır. Belə ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 3 milyard 870 milyon 597 min manat vəsait yönəldilib.

Qeyd edək ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər ( 797 mln. 437 min manat), Ağdam (527 mln. 112 min manat) və Laçın ( 567 mln. 497 min manat) rayonlarına ayrılıb.

Xatırladaq ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda əsas kapitala 12 milyard 711 milyon manat vəsait yönəldilib ki, bununda 9 milyard 193 milyon manatı tikinti quraşdırma işlərinə sərf edilib. Beləliklə hesabat dövründə işğaldan azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə yenidənqurma işlərinə sərf olunan vəsaitin 39.2%-ni təşkil edib

Aşağıdakı cədvəldə cari ilin 9 ayı və ötən ilin müvafiq dövründə azad edilmiş ərazilərdə rayonlar üzrə tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin həcmi verilib:

Azad edilmiş ərazilər2023-cü il yanvar-sentyabr. Min manat2024-cü il yanvar-sentyabr. Min manat
Kəlbəcər rayonu650370797437,1
Laçın rayonu983043,9569497,8
Ağdam rayonu341420,6527112,2
Şuşa rayonu332300,7386148,9
Zəngilan rayonu367889,8329544,4
Füzuli rayonu585624,1319788,9
Cəbrayıl rayonu334275,1273959,9
Qubadlı rayonu188330,8270482,4
Xocavənd rayonu87304,256439,9
Xocalı rayonu38,134500
Xankəndi şəhəri29053,7
Ağdərə rayonu10341,9

Editor

Related Posts