Ermənistanın müdafiə naziri Suren Papikyan Azərbaycan tərəfindən işğal olunan 200 kv.km ərazinin hərbi yolla qaytarmaq məqsədlərinin olmadığını bildirib.
Birinci24.com xəbər verir ki, bu barədə müdafiə naziri S.Papikyan noyabrın 13-də parlamentdə danışıb.
O, orduda aparılan islahatlar, xərclər və investisiyalara toxunub.
Nazir deyib ki, Ermənistanın öz suveren ərazisinin 29 min 743 kvadrat kilometrini müdafiə etmək üçün peşəkar, döyüşə hazır və müasir tələblərə cavab verən ordusu olmalıdır:
“Bu, ordunun qarşısında duran yeganə vəzifədir. Biz bunu yerinə yetirməyə borcluyuq”.
“Ermənistanın işğal olunmuş ərazilərinin təxminən 200 kv.km məsələsinə gəlincə, bu problemin hərbi yolla həllinə dəyməz. Çünki delimitasiya prosesi bu məsələni sülh və diplomatik yolla həll etməyə imkan verəcək. Bu siyasi problem çərçivəsində Ermənistan ordusunun qarşısında ərazi bütövlüyünü xarici hücumdan qorumaqdan başqa heç bir vəzifə qalmayacaq”, – deyə Papikyan əlavə edib.