Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İxtisasartırma kurslarını bitirən 14 rabitəçiyə sertifikatlar verilib

Naxçıvan şəhər, Babək, Culfa və Kəngərli rayon rabitə idarələrinin müvafiq peşə ixtisasına malik olmayan rabitə mütəxəssislərinin cəlb olunduqları kurslar yekunlaşıb. Naxçıvan Regional Peşə Tədris Mərkəzindəki “Kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru” ixtisasartırma kursunu bitirən 14 müdavim sertifikatla təmin olunub.

İxtisasartırma kursunda təhsil alan müdavimlərə rabitə avadanlıqlarının əsasları, paylayıcı şkaf və kabel qurğularının montajı, elektrotexnika, əməyin mühafizəsi, peşə etikası barədə dərslər tədris olunub.

Qeyd edək ki, ötən dövr ərzində ümumilikdə, 120-yə yaxın rabitə mütəxəssisi ixtisasartırma kurslarına cəlb olunub, kursu müvəffəqiyyətlə bitirən əməkdaşlara sertifikatlar verilib. Mərhələli şəkildə müvafiq peşə ixtisasına malik olmayan rabitə mütəxəssislərinin belə kurslara cəlbi nəzərdə tutulub.

admin

Related Posts