Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Qadın vücudunun elə bir hissələri var ki…” – Tünzalə Ağayeva ilə müsahibə

Həmin müsahibəni sizə təqdim edirik:

  • Dörd il əvvəl həmkarınız Nura Surinin “Tünzalə özünü hamıdan üstün görür, deputat olmaq istəyir” açıqlaması gündəmə səs salmışdı. İllər keçməsinə baxmayaraq bu mövzu hələ də öz aktuallığını itirməyib. İndi Tünzalə Ağayeva yenə də bu iddiadadır?
  • Qətiyyən deputat olmaq fikrində və iddiasında deyiləm. Olsaydım, çoxdan deputat olardım da (gülür). Bu haqda həddən artıq danışıldı. Hər seçki öncəsi mənimlə bağlı bu mövzu gündəmə gəlir. Savadlı olmaq mütləq ki, millət vəkili olmalısan, demək deyil. Savadsız olsaq, biz hara kimi gədə bilərik? Vətəni hər zaman sevmək lazımdır. Gedib hər hansısa bir postda oturanda Vətəni sevmək böyük yalançılıqdır. Hər zaman ictimai aktivliyim olub. Bəlkə də mən o impulsu göndərmişəm özümdən xəbərsiz. Çünki arqumentsiz danışmıram, analitik beynə sahibəm. Bəlkə də buna görə insanlar deyirlər ki, Tünzalə çox danışır. Yadıma gəlmir ki, hansısa bir mövzu haqda boş danışım. Deputat olmaq istəyimlə bağlı xəbərləri eşidəndə səmimi etiraf edim ki, qıcıqlanıb, əsəbiləşirdim.

Hamı məni yaxından tanımır axı. Elə bilirlər ki, doğurdan da deputat olmaq istəyirəm. Siyasi arenada olan insanlar mənə söyləyirdilər ki, “heç zaman heç zaman demə”. Onların bu sözləri ilə də razılaşmışam. Bəlkə sabah hansısa missiya üçün mən Tünzalə Ağayeva zərrə qədər qatqım olarsa, nə xoş mənə, gedib o işi görmək qabiliyyətindəyəm. Millət vəkili özü ağır bir missiyadır. Sənə səs verənlərin etimadını doğrultmalısan, bütün problemlərini dinləyib, həll etməlisən. O zaman yaradıcılıq hara gedəcək? O zaman Tünzalə olmayacaq. Elə bir insanam ki, işə canımı qoyacağam. Bir qulpun işində yapışmağı sevsəm də, mənə deyirlər ki, min dənə iş görürsən. Amma o işlər bilavasitə sahəmə aiddir.

  • Hazırda şou-biznesdə sizi nə bezdirib, yorur və eyni zamanda qıcıqlandırır?
  • Musiqi sahəsində olan boşluqlar məni çox yorur. Şou-biznesdə qeyri-professionallığın çox olması isə məni qıcıqlandırır. Hazırda bizdə musiqi sahəsi yuxarıdan aşağı gedir. 70-ci illərin Azərbaycan estrada və simfonik-caz orkestrlərini dinləsək, bir daha əmin olacağıq ki, biz orada muasir idik. İstəyim və diləyim onları sadəcə bərpa etməkdir. Təzəsini yaratmaq lazım deyil. Mən o boşluqları görürəm. Kaş görməz olardım.
  • Şou əhli arasında olan müğənnilər Xatirə İslam, Natavan Həbibi və repçi Elşad Xosenin telekanal rəhbərlərindən verilişlərə qatılmaq üçün və eyni zamanda müsahibə vermək üçün bəlli miqdarda pul tələb etmələri eninə-uzununa müzakirə olundu. Yaxın gələcəkdə bu addımı sizdən də gözləyək?
  • Onlar düz edirlər. Bu addımlarını müsbət qarşılayıram. Bu, illərlə içlərində yığılıb qalan üsyandır. Biz incəsənət nümayəndələri o qədər qayğıların, problemlərin içində kilidlənib qalırıq ki… Biz parlayıb, səhnəyə çıxırıq, amma çalışırıq ki, içimizdəki o problemləri büruzə verməyək. Özüm üçün bu yolu seçmişəm.

Ekran qarşısında evim, bəzən girov qoymaq məcburiyyətində qaldığım avtomobilim haqda danışmağı sevmirəm. Valideyinlərim belə şeyləri mənə öyrətməyib. Problemini evdə çöz, amma çöldə, cəmiyyətdə sən pozitiv, nümunə olmalısan. Evdə problemlər, qayğılar üstünə gəlirsə, müğənni nə etməlidir, dərdini kimə deməlidir? Bir incəsənət nümayyəndəsinin televiziyaya çıxması çox baha başa gəlib. Bu adam təpədən-dırnağa geyinib keçinib, hazırlaşmalıdır, avtomobilinə benzin doldurmalıdır ki, çəkilişə gəlsin. Deyirlər ki, getdi toya “qaz vurub, qazan doldurur”. Başa düşün ki, toydan gələn qazanc təkcə vizaja getmir.

Belə çıxır ki, həmin toya gedən sənətçinin mədəsi, böyrəyi olmamalıdır (gülür). Yayım şirkətləri, müəllif huquqları və bu mexanizm doğru-düzgün işləməyə başlayanda mən artıq o prosesin içində avtomatik olmuş oluram. Və mənim kimi yüzlərlə sənətçilər olur. Struktur və ya qurum özü bizi qorumağa və bizdən satıb qazanmağa başlayır. Bir sözlə, qurum bizi qazandırmalıdır. Tək başına müğənni bir sifarişə qərar verə bilər. Heç bir müğənni çıxıb deyə bilməz ki, toya 100 min manata gedirəm.

Belə bir şey yoxdur. Fantastik qiymətlər, qonorarlar yoxdur. Bəlli toy bazarı, qiymətlər var. Fərqlər 1-2 min arasındadır. Hər bir müğənninin öz toy bazarı var. Var bahalı, ucuz bazar. Mən bahalı bazardan danışıram. Bir alınan qonorar 30 yerə bölünür. Bir müğənni əgər 6 saat bir məclisi aparırsa, o 40 nəfərin çörəyi deməkdir. Mən nadir hallarda bütov toyu aparıram. O da yalnız mənə uyğun tamaşaçı və təbəqə olarsa.

  • Bir müddət əvvəl sinə böyütmə əməliyyatı keçirdiyiniz haqda xəbərlər yayıldı. Həqiqətənmi, “mamoplastika” əməliyyatı keçirmisiz?
  • Bu suala nə “hə”, nə də ki “yox” demək istəyirəm. Bu xəbərləri yazanların öz fantaziyasına buraxıram. Formada qalmaq üçün mütəmadi idmanla məşğul oluram və sağlam həyat tərzi keçirirəm. Təəssüflər olsun ki qadın vücudunun elə bir hissələri var ki, köməyə idman gəlmir. Orada estetik müdaxilə olmalıdır. Amma məsləhət görərdim ki, estetik və plastik əməliyyatlara qaçmasınlar. Özlərinə baxsınlar.

Bəzən mənə söyləyirlər ki, niyə burnunuzu əməliyyat etdirmirsiniz. Burnumdan o qədər xoşbəxtəm ki… Mənim burnum haqda yüksək səviyyəli ziyalılarımız, şəxsiyyətlərimiz deyirlər ki, birdən sən də həvəsə düşüb burnunu əməliyyat etdirərsən. Demişəm ki, xeyr etmərəm. Mənə bu lazım deyil. Lap qocalaramsa, estetik əməliyyat etdirərəm. Üzüm elə qırışa bilər ki, orada köməyə nə botoks, nə də ki digər inyeksiyalar gələ bilməz. O zaman əməliyyata gedərəm.

  • Bu yaxınlarda stilist və vizajist Anar Ağakişiyev sosial şəbəkə hesabında son görüntünüzə çox iddialı ad verdi “Azərbaycanın seks simvolu”. Bəs Tünzalə özünü səhnəmizin “seks simvolu” hesab edir?
  • Yatıb, yuxuma da girməzdi ki, ünvanıma belə sözlər deyiləcək. Etiraf edim ki, xoşuma gəlir. Bu yaxınlarda bir braziliyalı modelin müsahibəsini izlədim. O seksuallıq haqda bunları söylədi: “Seksuallıq qadının özünə inamıdır. Onun içindəki, daxilindəki gözəllikdir. Ozündən əmin və özünü sevən və güvəni olan qadın seksualdır. Özümü çox sevirəm. Hər zaman özümü sevmişəm. Sadəcə indiki qədər təcrübəm, həyat anlayışım olmayıb. 20 yaşında bir cürə özünü başa düşürsən, 30 yaşda bir başqasan. Artıq 45 yaşı adlamışam, 46 yaşıma qədəm qoyuram. Əlbəttə ki, hər gün güzgüyə baxıb şükür edirəm. Özümə qarşı həddən artıq tənqidi yanaşıram. Ən vacib olan özümlə olan münasibətin düzgün olmasıdır. Bu münasibəti düzəltdim. Başladılar sorğu-sual etməyə ki, sizdə haradan bu işıq, xarizma, iddia çoxaldı. Əsl sirr özünlə olan münasibəti düzəltməkdədir.

admin

Related Posts