İrəvanda gürcüstanlı fəal Samirə Bayramovanı təyyarədən çıxmağa qoymayıblar

İrəvanda gürcüstanlı fəal Samirə Bayramovanı təyyarədən çıxmağa qoymayıblar

İrəvanda Gürcüstan vətəndaşı, tanınmış ictimai fəal Samirə Bayramovanı təyyarədən çıxmağa qoymayıblar.

O, WAW aviaşirkətinin Tbilisiyə uçan, amma pis hava şəraitinə görə Ermənistan paytaxtına enmiş təyyarəsində olub. Bayramova  sosial şəbəkədəki paylaşımında yazıb ki, sərhədçilər ona “Problem sənin milliyyətindir” deyiblər. 

“Biz niyə bu münaqişənin bir hissəsi olmalıyıq? Bu, Nikol Paşinyanın demokratik bəyanatlarına uyğun gəlmir”, o sual edir. 

Sonrakı paylaşımında isə Bayramova bunları yazıb: “Bəzi azərbaycanlı təbliğatçılar bu barədə yazırlar, amma  təəssüf ki, Azərbaycan tərəfi də etnik ermənilərə belə münasibət göstərir. Sualımı təkrarlayıram: biz niyə bu problemin bir hissəsi olmalıyıq?”

Editor

Related Posts