Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Culfada bələdiyyə qanunvericiliyinə dair tədbir keçirilib

Culfa rayonunda fəaliyyət göstərən bələdiyyə sədrləri və üzvlərinin iştirakı ilə seminar təşkil edilib.

“Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsinin xüsusiyyətləri” mövzusuna həsr oluna tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Xəyal Eyvazov bələdiyyə torpaqlarının idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri və qarşıya qoyulan vəzifələri diqqətə çatdırıb. Bildirib ki, bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə icarə əsasında verilir. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin hüququdur.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Fəxrəddin Əliyev isə kənd təsərrüfatı təyinatlı torpaqlarda əkin aparılması qaydaları barədə məlumat verib. Qeyd olunub ki, kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının strateji əhəmiyyətli və gəlirli sahələrindən biridir. Hər il müasir hidrotexniki qurğuların tikilərək istifadəyə verilməsi mütərəqqi əkin və suvarma üsullarının tətbiqi ilə torpaqların münbitlik göstəriciləri və su təminatı yaxşılaşdırılır, deqradasiyaya məruz qalan torpaqların sahələri azaldılır. Həmin torpaqlardan təyinatı üzrə və səmərəli istifadə edilmədiyi halda ekoloji mühitə ciddi ziyan dəyə bilər. Torpaq sahələrinin münbit qatının korlanması və digər qanunsuzluqların qarşısının alınması üçün qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görülür.

Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov bələdiyyə torpaqlarının icarəyə verilməsi zamanı bağlanan müqavilələr, həmin müqavilələrin tərtibi qaydaları, yerli vergilər, ödənişlər və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət barədə məlumat verib.

Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

admin

Related Posts