Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Gələcəyə doğru” layihəsi çərçivəsində gənclərlə görüş təşkil olunub.

“Naxçıvan” Universitetinin konfrans zalında “Gələcəyə doğru” layihəsi çərçivəsində gənclərlə görüş təşkil olunub.

Muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin birinci kurs tələbələri və Heydər Əliyev adına Hərbi Lisey kursantlarının iştirak etdiyi görüşdə ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

“Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva muxtar respublikada elmli, dünyagörüşlü, vətənpərvər gənclik modelinin formalaşdığını, tələbə gənclərin ixtisaslı kadr kimi yetişməsi üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb, gənclərə təhsil həyatı və karyeralarında uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutduğunu, bu siyasi xəttin ölkəmizdə uğurla davam etdirilməsinin nəticəsində Azərbaycan gəncliyinin müasir inkişaf nümunəsinə çevrildiyini vurğulayıb.

Ramil Hacı bildirib ki, muxtar respublikada Ali Məclis Sədrinin rəhbərliyi ilə qəbul olunan dövlət proqramları, aparılan islahatlar sayəsində Naxçıvan gənclərinin təşkilatlanması və fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Nazir “Gələcəyə doğru” layihəsinin gənclərin müxtəlif sahələr üzrə ilkin təcrübə qaynağına çevriləcəyinə, onların yaradılan imkanlardan bəhrələnərək özünü inkişaf etdirəcəyinə və xalqımız, dövlətimiz üçün layiqli vətəndaş olacaqlarına inamını ifadə edərək gənclərə uğurlar arzulayıb.

Tədbirdə slayd vasitəsilə gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Fəal gənc, “Naxçıvan” Universitetinin birinci kurs magistrantı Elmar İsgəndərov könüllülük fəaliyyəti barədə danışıb, gənclərə yaradılan şəraitə görə minnətdarlığını ifadə edib. Sonra tədbir iştirakçıları Naxçıvan Televiziyası tərəfindən gənclər siyasəti ilə bağlı hazırlanmış videomaterialı izləyiblər.

Sonda ictimai həyatda və təhsil sahəsində fərqlənən II kurs tələbələri nazirlik tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

admin

Related Posts