Rəsmi Bakı Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycandakı erməni məhbuslara qarşı psixotrop maddələrin tətbiq olunması haqqında bəyanatını təkzib edib.
“Bu iddiaların heç bir əsası yoxdur və tamamilə gülüncdür” deyə, Azərbaycan XİN-dən bildiriblər.
Paşinyan yanvarın 25-də Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib ki, “Yerevan Azərbaycanın regional eskalasiyaya rəvac vermək məqsədilə Bakıda olan erməni əsirlərə qarşı qadağan olunmuş psixotrop maddələr tətbiq olunması haqda kəşfiyyat məlumatlarına malikdir”.
“Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb” – Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə belə deyib.