Laçındakı bulağı bu vəziyyətə saldılar…

Laçındakı bulağı bu vəziyyətə saldılar…

Laçın rayonunun Minkənd kəndində yerləşən Fatik bulağının ətrafı tullantılarla dolub. Belə ki, su doldurmaq üçün istifadə olunan plastik qablar bulağın içinə və ətrafına atılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, ərazidən fotoları jurnalist Subut Mehdiyev sosial şəbəkə hesabında paylaşıb.

Məsələ ilə bağlı Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətində bildirildi ki, müraciətimizdən sonra ərazi təmizlənib: “Bildirmək istərdim ki, həmin ərazinin təmizlənməsi ilə bağlı göstəriş artıq verilmişdi və işlər vaxtında tamamlanmışdı. Sizin göndərdiyiniz foto ərazinin əvvəlki vəziyyətini göstərir. Qeyri-iş günü olmasına baxmayaraq, əməkdaşlarımız məsuliyyətlə hərəkət edərək təmizlik işini həyata keçirən şirkətin fəaliyyətinə nəzarət ediblər. Ərazi hazırda tamamilə təmizdir”.

Editor

Related Posts