“Əqrəb mövsümü” serialının ikinci mövsümündə aktyor Hikmət Rəhimov yer almayıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, aktyor Azər Aydəmir bununla bağlı video paylaşıb. O, videoda yer alan həmkarı H.Rəhimova “Əqrəb mövsümü-2″ də niyə yoxsan? Bu sualla başımı aparıblar” sualını ünvanlayıb.
“Əqrəb mövsümü”ndə mən yoxam, sən varsan. Bir az da sən tək ol. Amma mənim şad xəbərim var. Bizim Azərlə həmkar olduöumuz “Mən burada tək olmuşam” filmi var. Film əvvəl televiziyada, daha sonra da yutubda yayımlanacaq” deyə, H.Rəhimov bildirib.