İran PUA-lar üçün ilk drondaşıyan gəmisini təqdim edib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
“İranın “Şəhid Baqeri” adlı ilk pilotsuz təyyarə daşıyıcısı cümə axşamı səhər saatlarında nümayiş etdirilib”, – məlumatda bildirilib.
Agentliyin məlumatına görə, hərbi gəmi təkcə dronların daşınmasını həyata keçirmir, həm də kəşfiyyat xarakterli PUA-ların idarə olunması üçün zəruri avadanlıqlara malikdir.
Hərbi gəminin əsas xüsusiyyətlərindən biri də onun bir istiqamətdə əlavə yanacaq tələb etmədən 22 min dəniz mili məsafəni qət edə bilməsidir.