Ötən gün “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri matçda “Qarabağ”ın futbolçusu Toral Bayramov etdiyi hərəkətlə gündəmə gəlib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, oyun vaxtı meydana daxil olan balaca azarkeşi mühafizəçilər kənarlaşdırmaq istəsə də, o buna imkan verməyib.
Futbolçu azarkeşi mühafizəçilərdən uzaqlaşdırıb.
Bildirilir ki, o, həmçinin azyaşlının arzusunu reallaşdırıb və onunla şəkil çəkdirib.
Həmin anların görüntülərini təqdim edirik: