“3+3” regional formatın qapıları Gürcüstan üçün açıq qalır və bu ölkənin nümayəndələrinin hər zaman müzakirələrə qoşulmaq imkanı mövcuddur.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında parlament saatında çıxışında deyib.
Lavrov qeyd edib ki, Gürcüstanın hazırkı rəhbərliyi ölkənin milli maraqlarını nəzərə alır, “3+3” formatı isə (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran, Türkiyə) bütün iştirakçıların maraqlarına cavab verir.
Onun sözlərinə görə, format çərçivəsində keçirilmiş son görüşdə bu mexanizmə daha strukturlaşdırılmış xarakter verilməsi barədə qərar qəbul edilib və bu, onun effektivliyini daha da artıracaq.