Today Bazar ertəsi, 10th Mart 2025
Birinci 24

Birinci 24

“Bu saatı almaq üçün kreditə girən müğənnilər var” – Təranə 

“Bu saatı almaq üçün kreditə girən müğənnilər var” – Təranə 

Təranə Qumralın qolunu bəzəyən 22 min dollarlıq (təxminən 37 min manat) saatı yenidən efirdə müzakirə olunub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, aparıcı Zaur Nəbioğlu “Rəngarəng” verilişində müğənniyə bahalı aksessuarı ilə bağlı sual ünvanlayıb.

Müğənni bildirib: “Saatımı yaman reklam elədiniz. Bəzi insanlarda bu saatdan almaq istədilər. Amma pulları çatmadı. Bəziləri də oldu ki, bu saatı almaq üçün kreditə girdilər. Bu saatın qiymətini hələ mən az demişəm. Araşdırsanız bilərsiniz ki, daha da bahalıdır. Bu saatın pasportu da var”.

Barmağındakı qara daşlı üzüyü haqqında müğənni “Bu üzük də brenddir. Onu almamışam mənə hədiyyə veriblər. O da bahalıdır” sözlərini dilə gətirib.

Editor

Related Posts