Today Bazar ertəsi, 10th Mart 2025
Birinci 24

Birinci 24

Reuters: ABŞ və Rusiya rəsmiləri son bir neçə aydır qeyri-rəsmi görüşlər keçirirlər

Reuters: ABŞ və Rusiya rəsmiləri son bir neçə aydır qeyri-rəsmi görüşlər keçirirlər

Reuters üç mənbəyə istinadən xəbər verir ki, ABŞ və Rusiya rəsmiləri son bir neçə ay ərzində İsveçrədə Ukrayna ilə bağlı qeyri-rəsmi görüşlər keçirir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, agentliyin məlumatına görə, onlardan bəziləri Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra baş verib. Son görüşlərdən birinin 2025-ci il fevralın 14-dən 16-dək Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı ilə eyni vaxtda keçirildiyi deyilir.

İki mənbənin Reuters-ə verdiyi məlumata görə, görüşlərdə hər iki hökumətin “diplomatik və təhlükəsizlik təcrübəsi olan” qeyri-rəsmi nümayəndələri iştirak ediblər. Agentliyin mənbələri onların adlarını açıqlamaqdan imtina ediblər. Mənbənin biri D.Trampın bəzi müşavirlərinin bu görüşlərdən xəbərdar olduğunu bildirib.

Görüşlərin gündəliyi, Ukrayna nümayəndələrinin iştirakı və bu görüşlərin başlama vaxtı da daxil olmaqla, bir çox digər detalların hələ də qaranlıq qaldığı qeyd edilir.

Fevralın 18-də Səudiyyə Ərəbistanında ABŞ və Rusiya arasında danışıqlar baş tutub. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, tərəflər Moskva və Vaşinqtondakı səfirlik işçilərinin əvvəlki sayını bərpa etmək barədə razılığa gəliblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, onlar üç vəzifə müəyyənləşdiriblər: iki ölkə üçün səfirlərin təyin edilməsi, Ukrayna üzrə danışıqlar üçün nümayəndələrin təyin edilməsi və Rusiya ilə ABŞ arasında əməkdaşlığın “tam həcmdə” bərpasına şərait yaratmaq.

Editor

Related Posts