Xocalının Ballıca kəndinə daha 22 ailə köçürülüb 

Xocalının Ballıca kəndinə daha 22 ailə köçürülüb 

Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Ballıca kəndinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, 22 ailə olmaqla, 95 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub.

Xocalı rayonuna köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə minnətdarlıqlarını bildiriblər.

Ailələr açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, Ballıca kəndində bərpa edilən fərdi yaşayış evlərində keçmiş məcburi köçkünlərin məskunlaşması üçün bütün şərait yaradılıb. Kənd fasiləsiz elektrik enerjisi, təbi qaz, içməli su və yüksəksürətli internet xətti ilə təmin edilib. Bu gün köçürülənlər də daxil olmaqla Ballıca kəndində 112 ailə (562 nəfər) məskunlaşıb.

11:58

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Fevralın 24-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu mərhələdə Ballıca kəndinə 22 ailə – 95 nəfər köçürülür.

Keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Editor

Related Posts