Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Neft Emalı Zavodunda yanğın olub

Neft Emalı Zavodunda yanğın olub

Bu gün səhər saatlarında Bakıda Neft Emalı Zavodunun ərazisində yanğın olub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, u barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

“Yanğın geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb”, – məlumatda bildirilir.

Yanğının səbəbi və tələfat barədə məlumat verilmir.

Neft Emalı Zavodu (NEZ) 15 növ məhsul istehsal edir. Bu məhsullar, əsasən, benzin, aviasiya kerosini, dizel yanacağı, neft koksu və mazutdur.

1953-cü ildə inşa edilən zavodda bir neçə dəfə yenidənqurma işləri aparılıb.

Editor

Related Posts