Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb

“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb

Avropa İttifaqının təhsilə dəstək kimi tanınan “Erasmus+” proqramının Azərbaycanda həyata keçirilən bütün layihələri qeyri-rəsmi şəkildə dayandırılıb. 

Artıq yeni layihələr qeydiyyata alınmır, aktiv proqramların icrasına xita verilir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, məlumatı Azərbaycandakı Milli “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov özünün “Facebook” hesabında  paylaşıb.

“Yaranmış vəziyyətlə əlaqədar Milli “Erasmus+” Ofisi də bağlanmaq üzrədir. Bu, proqramın gələcək icrasına ciddi təsir göstərə bilər və ölkəmizdə “Erasmus+” layihələrinin davamlılığına mane ola bilər. İllər boyu “Erasmus+” çərçivəsində yüzlərlə layihə həyata keçirilib, minlərlə tələbə və müəllim Avropanın nüfuzlu universitetlərində təhsil alıb və təcrübə qazanıb. Universitetlərimiz müasir innovativ layihələrə qoşulub, elm və təhsil sahəsində mühüm tərəfdaşlıqlar qurulub”, – Pərviz Bağırov yazıb.

O qeyd edib ki, ümumi büdcəsi 20 milyon manata yaxın olan beş layihənin  icrasının dayandırılmasının Azərbaycanın ali təhsil sektoruna və beynəlxalq əməkdaşlığa ciddi mənfi təsirləri olacaq.

“Bu vəziyyət proqramın Azərbaycandakı rəsmi icrası ilə bağlı yaranmış qeyri-müəyyənlikdən qaynaqlanır və təəssüf ki, hələlik hər hansı konkret həll yolu görünmür. Məsələ ilə bağlı bütün aidiyyəti qurumlara məlumat verilib və problemin həlli yolu axtarılır”, – o əlavə edib.

Editor

Related Posts