Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

“Kiyev və Vaşinqton sülh danışıqlarının yeri və tarixini müzakirə ediblər” – Trampın müşaviri

“Kiyev və Vaşinqton sülh danışıqlarının yeri və tarixini müzakirə ediblər” – Trampın müşaviri

“Vaşinqton və Kiyevdən olan nümayəndələr müharibəyə son qoymaq üçün danışıqların tarixini, yerini və iştirakçılarını müzakirə edirlər”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols “Fox News”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, dünən və bu gün irəliyə doğru müsbət addım atılıb. Uols bu danışıqlara konkret kimin rəhbərlik etdiyini açıqlamayıb.

Öz növbəsində, Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Dmitri Litvin “Suspilna”ya Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermakın Uols ilə telefon danışığı olduğunu bildirib.

O, başqa təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, martın 4-də ABŞ Prezidenti Donald Tramp Konqres qarşısında çıxış edərkən Zelenskidən vacib məktub aldığını bildirib. Onun sözlərinə görə, Zelenski Ukraynanın davamlı sülhü yaxınlaşdırmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazır olduğunu yazıb. Amerika prezidenti əlavə edib ki, eyni zamanda, onlar Rusiya ilə ciddi danışıqlar aparıb və onların sülhə hazır olduqlarına dair güclü siqnallar alıb. 

Editor

Related Posts