Statistika Komitəsinin son rəqəmlərinə görə, 2023-cü ildə Azərbaycanda körpə ölümlərinin sayı son 10 ildə ən yüksək səviyyəyə – 2039-a çatıb;
5-yaşadək uşaq ölümlərinin sayı da son 10 ildəki ən yüksək səviyyə olan 2395-ə yüksəlib;
Ana ölümlərinin sayı isə 33-ə (son 15 ildəki ən yüksək nəticə) yüksəlib;
18 yaşadək uşqlar arasında ölüm sayı – 3156 rəqəmi ilə müstəqillik tarixinin rekord həddindədir;
Körpələr və uşaq evlərindəki fərdlərin sayı 933 nəfərlə müstəqillik tarixinin rekordudur;
2023-cü ildə cinayət törədən 14-17 yaşlı uşaqların sayı 494 nəfər olub, bu son 10 ilin ən yüksək həddidir;
3-5 yaşlı uşaqların cəmi 35%-i məktəbəqədər təhsillə əhatə olunub; Təhsildən yayınan şagirdlərin sayı da son 10 ildə artaraq 605 nəfərə çatıb;
Məişət zorakılığı ilə bağlı rəsmi müraciət edən uşaqların sayı 2021-ci ildə 48 ikən, 2023-də 250-yə yüksəlib. Qeyri-rəsmi zorakılıq səviyyəsi isə daha da bərbaddır;
13 yaşadək uşaqlar arasında parazit və infeksion xəstəliklər, tənəffüs yolu və həzm sistemi xəstəlikləri son 5 ilin ən yüksək göstəricisinə malikdir;
18 yaşlı uşaqlar arasında anemiya və A vitamini çatışmazlığı son 5 ilin ən yüksək həddədir…