Tramp Putindən İranın nüvə danışıqlarında vasitəçi olmasını istəyib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat verib.
Rusiya-Tramp administrasiyası əməkdaşlığı: İranla dialoq üçün yeni kanallar
Rusiya ABŞ Prezidenti Donald Trampın administrasiyasına nüvə məsələləri və regional proksilərlə bağlı İranla əlaqə kanallarının yaradılmasında kömək etməyə razılaşıb.
Tramp fevralın 12-də telefon danışığında bununla bağlı fikrini birbaşa Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.
Geosiyasi müzakirələr: ABŞ və Rusiya rəsmilərinin Səudiyyə Ərəbistanındakı görüşləri
Məlumata görə, bununla bağlı müzakirələr Tramp və Putinin telefon danışığından sonra Səudiyyə Ərəbistanında ABŞ və Rusiya rəsmiləri arasında görüşlər zamanı aparılıb.
Kremlin sözçüsü Dmitri Peskov “Bloombergə” bildirib ki, ABŞ və İran danışıqlar aparmalıdır, onlar kömək etməyə hazırdırlar: “Rusiya hesab edir ki, ABŞ və İran bütün problemləri danışıqlar yolu ilə həll etməlidir. Moskva buna nail olmaq üçün əlindən gələni etməyə hazırdır”.
Moskvanın vasitəçilik rolu: ABŞ-İran danışıqlarına təsiri
“Bloomberg“in məlumatına görə, nə Rusiya, nə də İran bu sorğunu açıq şəkildə təsdiq və ya təkzib edib. Ağ Ev rəsmiləri isə məsələ ilə bağlı hələ ki şərh verməyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ötən gün keçirdiyi mətbuat konfransında Rusiyanın potensial vasitəçiliyi ilə bağlı suala cavab olaraq bildirib ki, ölkələrin yardım təklif etməsi təbiidir.