Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

“Qaz boru kəməri Naxçıvanın təbii qaz ehtiyacını ən azı 30 il təmin edəcək” – Ərdoğan

“Qaz boru kəməri Naxçıvanın təbii qaz ehtiyacını ən azı 30 il təmin edəcək” – Ərdoğan

“İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz boru kəmərinin açılış mərasimində çıxışında deyib.

“BOTAŞ tərəfindən inşa edilən 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək. Beləliklə, Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təmin edəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq”, – Ərdoğan bildirib.

Editor

Related Posts