NHK: “Azərbaycanda qadın jurnalistlərin həbsi utancvericidir”

NHK: “Azərbaycanda qadın jurnalistlərin həbsi utancvericidir”

“Azərbaycanda qadın jurnalistlərin haqsız yerə həbs edilməsi yanlış, utanverici və qorxaqlıqdır”.

Norveç Helsinki Komitəsinin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə açıqlamasında belə deyilir.

Komitə bildirir ki,  “AbzasMedia” nəşri, “ToplumTV” və “MeydanTV” 2023-cü ildən hökumət repressiyaları ilə üzləşib.

“Həbsdə olan qadın jurnalistlərin bəzilərinin ciddi sağlamlıq problemləri var, onlara təcili tibbi yardım lazımdır. Həbsxanada təhlükəli şərait və adekvat tibbi xidmət almaqda çətinlik səbəbindən məhkəməyəqədər həbs müddətində onların həyatları risk altındadır”, – NHK bildirir.

Təşkilat onu da qeyd edir ki, “qürurla qadına dəyər verdiyini iddia edən bir ölkədə səkkiz tənqidçi qadının cəzalandırılmasının ironiyası sözlə əməlin ziddiyyətindədir.

Son bir ildə aralarında “AbzasMedia”, “ToplumTV” və “MeydanTV” əməkdaşları da olmaqla Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist qaçaqmalçılıq ittihamı ilə həbs edilib. 

Həbs olunanlar ittihamları qəbul etmirlər, bunu peşə fəaliyyətləri əlaqələndirilər.

Editor

Related Posts