“İran İslam Respublikası ABŞ ilə danışıqlar aparmayacaq, çünki Vaşinqton yalnız öz maraqlarını düşünür”.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei İran rəsmiləri ilə görüşündə ABŞ Prezidenti Donald Trampın Tehranın nüvə proqramı ilə bağlı danışıqlar təklifi ilə bağlı məktubuna cavab olaraq deyib.
“Bəzi vicdansız hökumətlər problemləri həll etmək üçün deyil, öz maraqlarını sırımaq üçün danışıqlar aparır. İran İslam Respublikası, şübhəsiz ki, onların ümidlərini doğrultmayacaq”, – o deyib.
Xamenei qeyd edib ki, Qərbin ikili standartlardan istifadə etməsi sivilizasiya üçün rüsvayçılıqdan başqa bir şey deyil.
Xatırladaq ki, martın 7-də o, “Truth Social” səhifəsində yazıb ki, İranın ali dini lideri Ayətullah Əli Xameneiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqların aparılmasını təklif edən mesaj göndərib. İslam Respublikasının BMT-dəki Daimi Nümayəndəliyindən TASS-a bildirilib ki, sözügedən mesaj onlara daxil olmayıb. İranın xarici işlər naziri Abbas Araqçi AFP-yə deyib ki, Tramp administrasiyası ona qarşı maksimum təzyiq siyasətini davam etdirdiyi müddətdə Tehran Vaşinqtonla danışıqlara getməyəcək.