Azərbaycanda insanların mütəmadi olaraq istifadə etdiyi ərzaq məhsullarının əksəriyyətinin qiyməti son bir ildə artıb.
Son bir ildə ən çox kartofun qiyməti artıb.
Ötən ilin mart ayında bir kiloqramı 95 qəpiyə olan kartof bu ilin mart ayında 1,5 manata satılır. Belə ki, kartof son bir ildə 58% bahalanıb.
Son bir ildə qarabaşağın (qreçka) və günəbaxan yağının qiymətində ucuzlaşma olub. Vermişel, makaron və soğanın qiymətində dəyişiklik olmayıb.
Digər əsas ərzaq məhsullarında isə qiymət artımı qeydə alınıb:
