Today Bazar ertəsi, 10th Mart 2025
Birinci 24

Birinci 24

Ağır qəzada ölən 22 yaşlı İlhamın 1 ay sonra toyu olacaqmış

Ağır qəzada ölən 22 yaşlı İlhamın 1 ay sonra toyu olacaqmış

Tovuz rayonunda baş vermiş qəzanın təfərrüatı məlum olub.

Birinci24 informasiya agentliyi Teleqraf-a istinadən məlumat verir ki, ölən şəxsin bir ay sonra toy məclisi olacaqmış.

Qeyd edək ki, qəza nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü, Tovuz Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İlham Rüstəmov dünyasını dəyişib

———–

Tovuzda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Birinci24 informasiya agentliyinin məlumatına görə hadisə Tovuzun Qovlar şəhərinin ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı avtomobil idarəetməni itirərək yol kənarında dayanmış yük avtomobilinin yarımqoşqusuna çırpılıb.

Qəza nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü 2003 təvəllüdlü Tovuz Aşağı Quşçu kənd sakini İ. Rüstəmov dünyasını dəyişib.

Faktla bağlı Tovuz RPŞ-də araşdırma aparılır.

Editor

Related Posts