Bakıda yolda dava olub.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən belə məlum olur ki, bir qrup şəxs avtomobilə hücum edərək içərisindəki şəxsləri döyür.
İlkin məlumata görə, hadisə yol üstündə baş verib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, dava iştirakçıları polis tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.
Hadisə anının görüntülərini təqdim edirik: