Today Çərşənbə, 12th Mart 2025
Birinci 24

Birinci 24

ABŞ-də səhm bazarı çöküb – Son vəziyyət

ABŞ-də səhm bazarı çöküb – Son vəziyyət

ABŞ-də səhm bazarında ciddi enişlər müşahidə olunur.

Birinci24 informasiya agentliyi xəbər verir ki, səhmləri ən çox ucuzlaşan şirkət “Tesla” olub.

Son bir gündə “Tesla” səhmləri 14,4% ucuzlaşaraq 225 dollara düşüb.

ABŞ-nin nəhəng İT şirkətlərindən olan “Microsoft”un səhmləri son bir gündə 3,55%, “Apple”ın səhmləri 5%, “Meta”nın səhmləri 4,4% dəyər itirib.

Bunlardan başqa “Amazon” şirkətinin səhmləri 2,6%, “Walmart”ın səhmləri 4,4%, “Netflix”in səhmləri 3,1%, “McDonalds”ın səhmləri 1,4% ucuzlaşıb.

Editor

Related Posts